Uşaqlarda Qızdırma
Mart 9, 2022

Uşaqlarda Qızdırma

Uşaqlarda normal bədən istiliyi 35,6- 37,1 dərəcə arasındadır. 

Uşaqlarda qızdırma dərəcələrinin təsnifatı aşağıdakı kimidir:

  • Çox yüngül qızdırma: 37 – 37,5 dərəcə arasında

  • Yüngül qızdırma: 37,5-37,9 dərəcə arasında

  • Orta yüksək hərarət: 38 ilə 38,5 dərəcə arasında

  • Yüksək hərarət: 38,5 ilə 39,5 dərəcə arasında

  • Çox yüksək hərarət: 40 dərəcə və ya daha çox

Üç yaşından kiçik uşaqlarda qızdırma ciddi infeksiyanın əlaməti ola bilər.

Uşaqlarda Qızdırma Əlamətləri

Uşaqlarda simptomlar böyüklərdən fərqli ola bilər.

  • Halüsinasiyalar

  • Səpgilər

  • Baş ağrısı

  • Susuzluq

  • Ümumi zəiflik

  • İştah itkisi

  • Əzələ ağrıları

  • Əsəbilik

  • Tərləmə və titrətmə

Uşaqlarda yüksək hərarət təhlükəlidir. Yüksək hərarət müxtəlif yaş qruplarında fərqli risklər daşıyır. Xüsusilə 6 aydan 6 yaşa qədər qızdırma 40 dərəcədən yuxarı olan uşaqlarda qıcolma (febril qıcolmalar) riski var. 

Febril Qıcolma

Febril qıcolmaların sadə və mürəkkəb olmaqla iki növü vardır.

  • Sadə qıcolmaların müddəti bir neçə saniyədən 5 dəqiqəyə qədər dəyişə bilər. Bu qıcolmalar 24 saat ərzində bir dəfədən çox baş vermir.

  • Mürəkkəb qıcolmalar isə 5 dəqiqədən çox davam edən, 24 saat ərzində təkrarlanan və epilepsiya kimi ciddi zədələrə səbəb ola bilən tutmalardır.

Uşaqlarda Qızdırmanın Yaranma Səbəbləri

Ümumi səbəblər aşağıdakılardır:

  • Mədə – bağırsaq infeksiyası

  • Tənəffüs yollarının infeksiyaları

  • Diş çıxarma

  • Menenjit

  • Böyrək infeksiyaları

  • Pnevmoniya

Qızdırmanın Diaqnozu

Mövcud xəstəlik tarixində hərarətin dərəcəsi və müddəti, ölçmə üsulu, antipiretiklərin dozası və tezliyi qeyd edilməlidir. Ciddi xəstəliklərə işarə edən mühüm əlaqəli simptomlara zəif iştah, əsəbilik, süstlük və ağlamada dəyişiklik daxildir. Dərmanların səbəb olduğu qızdırma əlamətləri üçün dərman tarixi nəzərdən keçirilməlidir.

Uşaqlarda Qızdırmanın zamanı nə etməli?

  • Uşağı qalın geyindirməməli, üstü örtülməməli, geyimlər nazik və geniş olmalıdır;

  • Otaqda temperatur 21-22°C-dən çox olmamalıdır;

  • İlıq su ilə bədən yuyulmalı və yaxud da ilıq su (soyuq yox!) ilə silinməlidir. Bədəni spirt və ya sirkə ilə silmək olmaz;

  • Uşağa bol miqdarda maye və sulu qidalar verilməlidir.                                                                

Əgər görülən tədbirlər temperaturu düşürməzsə, bu zaman pediatra müraciət olunmalıdır.

https://www.instagram.com/tv/CZcObuUsid8/?utm_source=ig_web_copy_link

Fikir bildir