Uşaqlarda Herpes Virusu
İyul 27, 2022

Uşaqlarda Herpes Virusu

Herpes nədir?

Herpes virusu dəri və selikli qişalara (dodaq, genital bölgə və sinir sistemi) təsir edən viral infeksiyadır.

Herpes Virusu (HSV) iki əsas növə bölünür:

  • HSV TİP I: Ən çox rast gəlinən və ümumiyyətlə ən çox üz bölgəsini təsir edir. Soyuqdəymə və qızdırma zamanı dodaqlarımızın kənarında görünən yaraların ən çox görülən nümunəsidir.
  • HSV TİP II: Adətən cinsi yolla ötürülür və genital bölgəni yoluxdurur.

Hər iki TİP gözə təsir etsə də, ən çox gözə təsir edən HSV TİP I -dir.

İlkin infeksiyadan sonra herpes virusu sakit dövrə keçir, dərinin və ya gözün sinir hüceyrələrində yaşamağa davam edir.

Bəzən herpes virusu yenidən aktivləşir və herpesə səbəb olur.

Virus niyə yenidən aktivləşir?

  • Günəşə məruz qalma
  • Febril qıcolma
  • Xəstəlik
  • Bədənin hər hansı travması (qəza və ya əməliyyat nəticəsində)
  • Bəzi dərmanlar
  • İnfeksiya aktiv herpes lezyonuna toxunaraq gözə təmas nəticəsində ötürülə bilər.

Göz Herpesi (göz uçuğu) nədir?

Bu infeksiyanın göz tutulması qapaqlar, konyunktiva və buynuz qişadan ibarətdir. Ağır hallarda retinaya da təsir edə bilər.

İnfeksiyanın əlamətləri və simptomları aşağıdakılardır:

  • Göz qızartısı
  • Gözdə ağrı və sancma
  • Göz yaşarması
  • İşığa həssaslıq
  • Ağrılı
  • Bulanıq görmə

Uşağınızda yuxarıda sadalanan əlamətlər varsa, mütləq uşaq həkiminə müraciət edin.

Göz Herpesinin müalicəsi

Müalicə növü infeksiyanın şiddətindən asılı olaraq uşaq həkimi tərəfindən təyin olunur. Yüngül infeksiyalarda yerli tətbiq olunan antiviral preparatlar kifayətdir. Bəzən oral antiviral dərmanların daha inkişaf etmiş formalarına ehtiyac ola bilər.

Herpesin təkrarlanmasının qarşısını necə almaq olar?

Herpes visurusu xəstəliyindən tamamilə xilas olmaq mümkün deyil.

Lakin aşağıdakı ehtiyat tədbirləri görülsə, xəstəliyin təkrarlanmasının qarşısı müəyyən dərəcədə alına bilər.

  • Yaxşı bir bədən immun sistemi üçün həyat tərzinizi formalaşdırın.
  • Bədəninizdə aktiv herpes(uçuq) varsa, gözlərinizə toxunmayın.
  • Kortizon damcıları səhv istifadəsi herpes virusunun çoxalmasına səbəb olacaq.
  • Xəstəlik tez-tez təkrarlanırsa, kontakt linzalardan istifadə etməyin.
  • Herpesin simptomları tez-tez təkrarlanırsa, oftalmoloqa müraciət etmək faydalı olardı.

Fikir bildir