İnhalyasiya müalicəsi dərmanın nəfəs alaraq ağciyərlərə çatdırılmasıdır. Dərmanların inhalyasiya yolu ilə istifadəsi 1930-cu illərdən məlumdur. Ağızdan və parenteral administrasiya ilə müqayisədə dərmanın aşağı dozaları inhalyasiya yolu ilə birbaşa tənəffüs yollarına çatdırılır. Nəticədə, qısa müddətdə maksimum klinik təsir göstərmiş olur. Dərmanlar bir başa ağciyərə çatdırıldığı üçün yan təsir riski azalır. Bu, xüsusilə uzun müddət steroid istifadə etməli olan uşaqlar üçün böyük üstünlükdür.
Dərmanların klinik təsirləri tənəffüs yollarında saxlanılan dərman miqdarı ilə bağlıdır. Traxeobronxial ağacda maksimum saxlama üçün hissəciklərin diametri 5-7 µm olmalıdır. Diametri 5 µm-dən az olan hissəciklər alveollarda saxlanılır. Həmçinin, seçilmiş müxtəlif cihazlar və onların istifadə üsulları saxlanmasına təsir göstərir.
İnhalyasiya müalicəsində ən böyük problem isə istifadədə çətinliklər səbəbindən pasiyentlərin mövcud vəziyyətinin yaxşılaşmaması və ya pisləşməsidir. Bu səbəbdən də balaca pasiyentin valideynləri maarifləndirilməli, həmçinin inqalyasiya aparatından necə istifadə etməkləri barədə hər uşaq həkimi müayinəsində soruşulmalıdır.
Hal-hazırda dünyanın müxtəlif yerlərində inhalyasiya müalicəsinin tətbiqi üçün təsdiqlənmiş çoxlu və müxtəlif cihazlar (inhalyatorlar və ya inqalyasiya aparatları) var.
Uşaqlarda İnhalyasiya müalicəsi zamanı istifadə olunan inqalyasiya aparatlarına aiddir:
- DAİ – dozalaşdırılmış aerozol inhalyatoru
- DTİ – dozalaşdırılmış toz inhalyatoru
- Kompressor inhalyator (nebulayzer)
İnqalyasiya Aparatı
Böyük və ya kiçik həcmli inqalyasiya aparatları uşaqlarda dozalaşdırılmış aerozol inhalyatorun istifadəsini asanlaşdırır və müalicənin effektivliyini artırır. Yan təsirləri minimuma endirir. Bu cihazlar sayəsində hissəciklərin sürəti azalır, soyuq freon effekti baş vermir və böyük diametrli hissəciklərin intrapulmoner saxlanması artır. Xüsusilə, inhalyasiya edilmiş steroidlərin sistemli dövriyyəyə qarışması bu şəkildə azalır. Bu cihazların uşaqlarda ölçülü dozalı inhalyatorlarla istifadəsi zamanı qarşılaşılan koordinasiya problemini də aradan qaldırdı.
İnqalyasiya aparatları böyük və ya kiçik həcmli ola bilər. Böyük həcmli ara qurğular klapan sistemi ilə işləyir. Klapan inhalyasiya zamanı açılır, ekshalasiya zamanı bağlanır. Kiçik həcmlərdə klapan əvəzində diafraqma var.
Beş yaşından böyük uşaqlar, maskasız böyük və ya kiçik həcmli inqalyasiya aparatlarından asanlıqla istifadə edə bilərlər. Dərman çalxalandıqdan sonra onu inqalyasiya aparatına dik olaraq yerləşdirin. O, bərkidilir və cihaza bir doza vurulur. Uşaq yavaş və dərin şəkildə ağızından nəfəs alıb, burnundan verməlidir. İnhalyasiya müalicəsinin sonunda təxminən 10 saniyə nəfəs saxlanmalı, sonra yavaş-yavaş nəfəs verilməli və ağızı inqalyasiya aparatından ayırmadan eyni prosesi 2 dəfə daha təkrarlamalıdır. İnhalyasiya müalicəsi zamanı kənardan böyük həcmli iqalyasiya aparatlarında açılıb-bağlanan klapanlarının səsi eşidilir. Bütün proses ən gec 30 saniyə ərzində tamamlanmalı və sonra ağız yaxalanmalıdır. Əgər uşağınız, birdən çox doza qəbul etməlidirsə, o, hər doza üçün hər dəfə eyni manevri təkrarlamalıdır. Və inqalyasiya aparatına hər dəfəsində dərmanın bir dozası vurulmalıdır. Əks halda, kiçik dərman hissəcikləri birləşərək böyük hissəciklər əmələ gətirəcək və onlar tənəffüs yollarına çatmazdan əvvəl inqalyasiya aparatının divarına yapışacaqlar.
Beş yaşından kiçik uşaqlar, böyük həcmli cihazlardan istifadə edə bilməzlər. Bundan əlavə, məktəbəqədər yaş qrupundan olan uşaqlarda tənəffüs həcmi aşağı olduğundan (10 ml/kq), kiçik həcmli və maskalı inqalyasiya aparatları istifadə olunur. Maska uşağın üzünə sıx şəkildə taxılmalı, burnunu və ağzını örtməli, dərmanı bir dozada tətbiq edildikdən sonra təxminən 30 saniyə bu vəziyyətdə möhkəm tutulmalıdır. Birdən çox doza veriləcəksə, maska hər dozadan sonra eyni müddət ərzində və formada saxlanılır. Bu prosedur zamanı uşağın ağlaması intrabronxial çökməni əhəmiyyətli dərəcədə azaldır.
Prosedur başa çatdıqdan sonra inhalyator, üz maskası və ya ağız borusu isti su ilə yuyulmalıdır. Əlavə olaraq, həftədə 2 gün isti sabunlu su ilə yuyulmalı və yaxşıca qurudulmalıdır.
Astmadan əziyyət çəkən uşaqlarda dərmanların inhalyasiya yolu ilə istifadəsi maksimum klinik effekt verir. Bu şəkildə bronxodilatator, antikolinerjik və antiinflamatuar dərmanlar istifadə olunur. Uşaqlarda inhalyasiya müalicəsi zamanı istifadə olunacaq inqalyasiya aparatının seçilməsinə təsir edən ən mühüm amil yaşdır.
Qeyd edək ki, xəstəliyi kontrol altına alına bilməyən uşaqlarda ən çox rast gəlinən səbəb, inhalyasiya müalicəsi zamanı səhv inqalyasiya aparatının istifadəsidir.
Son olaraq, uşaqlarda inhalyasiya müalicəsi zamanı istifadə olunan dərman preparatları pediatr həkim tərəfindən təyin edilməlidir.