Meymun çiçəyi (Mpox), meymun çiçəyi virusunun yaratdığı yoluxucu xəstəlikdir. Meymun çiçəyi virusu, Orthopoxvirus cinsinə aid olan və çiçək xəstəliyinə bənzər simptomlar yaradan, lakin daha az şiddətli olan bir virusdur. 1980-ci ildə çiçək xəstəliyinin məhv edilməsinə baxmayaraq, meymunçiçəyi virusu mərkəzi və qərbi Afrika ölkələrində hələ də mövcuddur. 2022-ci ilin may ayından etibarən, Afrika bölgəsindən kənarda əvvəllər sənədləşdirilməmiş meymunçiçəyi halları da qeydə alınmışdır.
Meymun çiçəyi virusunun iki fərqli kladı müəyyən edilmişdir. Klad I (əvvəllər Kongo hövzəsi kladı olaraq adlandırılırdı) və Klad II (əvvəllər Qərbi Afrika kladı olaraq adlandırılırdı). Meymunçiçəyi zoonotik bir xəstəlikdir, yəni heyvanlardan insanlara ötürülür. Virusun əsas rezervuarı olan heyvanlar tropik meşələrdə yaşayır. Meymun çiçəyi virusu bir sıra heyvan növlərində, o cümlədən dələ, Qambiya siçanları, yuxu siçanları və müxtəlif primatlarda müəyyən edilmişdir.
Bundan əlavə, xəstəlik bir fərddən digərinə də ötürülə bilər. Bu ötürülmə bədən mayeləri, dəri və ya daxili selikli qişalar (məsələn, ağız və ya boğaz), tənəffüs damcıları və ya çirklənmiş əşyalarla təmas yolu ilə baş verə bilər. Polimeraza zəncirvari reaksiya (PCR) meymunçiçəyi üçün üstünlük verilən laboratoriya testidir, çünki bu test virusun DNT-sini aşkar etməyə imkan verir. Ən optimal diaqnostik nümunələr birbaşa səpgidən – dəri, maye və ya qabıqlardan və ya mümkün olduqda biopsiyadan əldə edilir. Antigen və antikor aşkar etmə metodlarının faydası, onların orthopoxvirusları fərqləndirə bilməməsi ilə məhdudlaşır.
Meymun çiçəyi (Mpox) simptomları
Meymun çiçəyi (Mpox), adətən məruz qaldıqdan 1-21 gün sonra müəyyən simptomlara səbəb olur. Meymun çiçəyi (Mpox) simptomları 2-4 həftə davam edir, lakin zəifləmiş immun sistemi olan insanlarda daha uzun davam edə bilər.
Meymunçiçəyinin (Mpox) ümumi simptomları:
- Səpgi (döküntü)
- Qızdırma
- Boğaz ağrısı
- Baş ağrısı
- Əzələ ağrıları
- Bel ağrısı
- Halsızlıq
- Şişkin limfa düyünləri
Bəzi insanlar üçün Meymun çiçəyinin (Mpox) ilk simptomu səpgidir, digərlərində isə əvvəlcə fərqli simptomlar ola bilər. Səpgilər maye ilə dolu blisterə çevrilən düz yara kimi başlayır və qaşıntılı və ya ağrılı ola bilər. Səpgi sağaldıqda, ilk olaraq quruyur, qabıqlanır və düşür.
Əsasən böyükləri təsir etsə də, uşaqlar da bu virusa yoluxa bilər. Uşaqlarda meymunçiçəyi simptomları böyüklərdəki kimi olsa da, bəzən daha kiçik yaşlı xəstələrdə daha ağır ola bilər. Əsas simptomlar bunlardır:
- Səpgilər: Makulopapulyar lezyonlar kimi başlayır və veziküllər, püstüllər və qabıqlara çevrilir.
- Qızdırma: Çox vaxt səpgilərlə birlikdə olur.
- Linfadenopatiya: Şişmiş limfa düyünləri.
- Yorğunluq və Baş Ağrısı: Ümumi, lakin həmişə müşahidə olunmur.
Bəzi insanlarda bir və ya bir neçə dəri törəməsi ola bilər, digərlərində isə yüzlərlə və ya daha çox. Bunlar bədənin hər hansı bir yerində görünə bilər, məsələn:
- Ovuc içləri və ayaq altları
- Üz, ağız və boğaz
- Qasıq və genital bölgələr
- Anus
Bəzi insanlarda düz bağırsağında ağrılı şişkinlik və ya işəmə zamanı ağrı və çətinlik var.
Meymun çiçəyi (Mpox) olan insanlar yoluxucudur və bütün yaralar sağalana və yeni dəri təbəqəsi əmələ gələnə qədər xəstəliyi başqalarına ötürə bilər.
Meymun çiçəyi (Mpox) ağırlaşmaları
Meymun çiçəyi (Mpox) ağırlaşmaları arasında pnevmoniya, görmə itkisi ilə kornea infeksiyası; şiddətli susuzlaşdırma və ya qida çatışmazlığına səbəb olan ağrı və ya udma çətinliyi, qusma və ishal; sepsis (orqanizmdə geniş yayılmış iltihablı reaksiya ilə qanın infeksiyası), beynin iltihabı (ensefalit), ürəyin (miokardit), düz bağırsağın (proktit), cinsiyyət orqanlarının (balanit) və ya sidik yollarının (uretrit) iltihabı və ya ölüm.
Uşaqlar, hamilələr və immun sistemi zəif olan insanlar risk qrupundadır. Dərman və ya tibbi şərtlər səbəbiylə immuniteti zəifləyən şəxslərdə, Meymun çiçəyi (Mpox) ağırlaşması və ölüm riski daha yüksəkdir.
Meymun çiçəyinin (Mpox) diaqnozu
Meymun çiçəyinin (Mpox) diaqnozu digər infeksiyalar və şərtlərlə qarışdırıla bilər, buna görə də dəqiq diaqnoz vacibdir.
Meymun çiçəyi (Mpox) suçiçəyi, qızılca, bakterial dəri infeksiyaları, qotur, herpes, sifilis və digər cinsi yolla keçən infeksiyalardan ayırmaq lazımdır. Polimeraza zəncirvari reaksiya (PZR) ilə viral DNT-nin aşkarlanması Meymunçiçəyi (Mpox) üçün üstünlük verilən laboratoriya testidir. Ən yaxşı diaqnostik nümunələr birbaşa səpgidən götürülür – dəri, maye və ya qabıqlar – güclü yaxma ilə toplanır.
Şübhəli səpgiləri olan və təsdiqlənmiş və ya meymunçiçəyinə yoluxma şüphəsi olan biri ilə yaxın təmasda olan uşaqlarda meymunçiçəyi testindən keçməlidirlər. Testlər dövlət ictimai səhiyyə orqanları və bəzi kommersiya laboratoriyaları vasitəsilə mövcuddur.
Meymun çiçəyinin (Mpox) müalicəsi
Uşaqlarda meymun çiçəyinin (Mpox) müalicəsi səpgiləri, ağrıları kontrolda saxlamaq və ağırlaşmaların qarşısını almaq məqsədi daşıyır. Erkən və dəstəkləyici qayğı simptomları idarə etməyə kömək edir. Tecovirimat kimi antiviral dərmanlar Meymunçiçəyinin (Mpox) müalicəsində istifadə edilmişdir və əlavə tədqiqatlar davam edir.
Meymunçiçəyinin (Mpox) qarşısının alınması və infeksiya nəzarəti
Meymunçiçəyinin (Mpox) qarşısının alınması tədbirləri bunlardır:
- Peyvənd: JYNNEOS peyvəndi risk altında olan yeniyetmələr üçün mövcuddur.
- Gigiyena tədbirləri: Mütəmadi əl yuma və yoluxmuş şəxslərlə təmasdan uzaq durmaq.
- İzolyasiya: Yoluxmuş uşaqlar virusun yayılmasının qarşısını almaq üçün izolyasiya edilməlidir.
Nəticə
Meymun çiçəyi uşaqlarda nadir bir xəstəlik olaraq qalsa da, valideynlər potensial halları tanımaq və idarə etməkdə diqqətli olmalıdırlar. Uşaq həkiminə vaxtında müraciət etmək erkən diaqnoz və uyğun müalicə ilə xəstəliyin təsirini azaltmağa və daha çox yayılmasının qarşısını almağa kömək edə bilər.