Uşaqlarda ƏMGƏK hansı funksiyaları yerinə yetirir?
Noyabr 17, 2023

Uşaqlarda ƏMGƏK haqqında bilinməyənlər

ƏMGƏK körpələrin başındakı yumşaq yerdir. Normalda körpələrin kəllə sümükləri birdən çox sümükdən (6 ədəd) ibarətdir.

Bu sümükləri bir-birinə bağlayan və onları birləşdirən güclü və elastik toxumadan ibarət yumşaq boşluqlar var. Bu boşluqlara tikişlər deyilir. ƏMGƏK bu boşluqların bir-birinə qovuşduğu yumşaq yerlərdir. Normalda körpələrin başında 6 əmgək olur. Ancaq tez-tez ön və arxa əmgək hiss olunur.

Kontrol Müayinələr zamanı uşaq həkimi körpədə ön və arxa əmgəyi yoxlanılır. Körpələrdə əmgəyi yoxlamaq pediatr tərəfindən hər kontrol müayinənin bir hissəsidir. Çünki əmgəyi yoxlamaq körpənin sağlamlığı və inkişafı haqqında pediatra yol göstərir.

Uşaqlarda ƏMGƏK hansı funksiyaları yerinə yetirir?

Uşaqlarda ƏMGƏK və kəllə sümükləri arasındakı yumşaq boşluqlar (tikişlər) xüsusilə doğuş zamanı kəllə sümüklərini üst-üstə sürüşdürərək körpənin kanaldan keçməsinə kömək edir. O, həmçinin beyin inkişafının sürətli olduğu doğuşdan sonrakı ilk illərdə beyin böyüməsi zamanı baş sümüklərinin böyüməyə uyğunlaşmasını təmin edir.

Uşaqlarda ƏMGƏK nə vaxt bitişir (bağlanır)?

Körpələr böyüdükcə kəllə sümükləri sərtləşir və birləşir. Beləliklə, uşaqlarda əmgək zamanla kiçilir və bağlanır. Arxa əmgək üçbucaqlıdır, daha kiçikdir və tez-tez ilk 1-2 ayda bağlanır. Ön əmgək daha böyükdür. Onun forması paxlava kimi ola bilər. Adətən 7 ay ilə 18 ay arasında bağlanır. Bəzən ön əmgəyin bitişməsi 2 ilə qədər çəkə bilər.

Uşaqlarda ƏMGƏK erkən bitişir (bağlanır)?

Uşaqlarda ƏMGƏK çox nadir olsa da, 3 ay kimi erkən vaxtda bitişdiyi (bağlandığı) müşahidə olunur. Ancaq körpələrdə əmgək bağlı olsa belə, körpənin baş ətrafı beyin inkişafından asılı olaraq böyüməyə davam edir. Buna görə baş ətrafının böyüməsi aylıq kontrol müayinələrdə izlənilməlidir. Ancaq kəllə sümükləri arasındakı tikişlərlə birlikdə körpələrdə əmgəyin vaxtından əvvəl bağlanması varsa, kraniosinostoza diqqət yetirilməlidir. Çünki kraniosinostoz körpənin beyin inkişafına və başının formasına təsir edə bilər.

Uşaqlarda ƏMGƏK niyə gec bağlanır və niyə böyük olur?

Uşaqlarda ön əmgək tez-tez 2,5 sm ölçüdədir və forması adətən almaz şəklindədir. Bəzən doğum növünə və ya baş quruluşuna görə əmgək fərqli ölçü və formalarda olduğu görülür. Anterior əmgək normaldan daha böyükdür və gec bitişə bilər. Bu, genetik və normal ola bilər və ya bəzi xəstəlikləri göstərə bilər.

Kəllədaxili təzyiqin artması, sümük xəstəlikləri, genetik xəstəliklər, hipotiroidizm və D vitamini çatışmazlığı kimi hallarda uşaqlarda əmgək normaldan daha böyük olur və gec bağlanır.

Uşaqlarda ƏMGƏK niyə batıq olur?

Körpələrin baş müayinəsi zamanı usaq hekimi əmgəyi yoxlayarkən, bəzən əmgəyin kəllə sümüklərinin kənarından aşağıda, yəni batıq olduğunu müşahidə oluna bilər. Bu, xüsusilə körpələrin susuz qaldığına işarədir.

Körpəniz kifayət qədər əmmirsə, sidik miqdarı azdırsa və ya qusma, ishal kimi xəstəliklərə görə bədəndən su itkisi varsa, o zaman əmgək nahiyəsində batıq aşkarlana bilər. Belə bir vəziyyət hiss etdiyiniz zaman mütləq pediatr həkimə müraciət etməlisiniz.

Uşaqlarda ƏMGƏK niyə qabarıq olur?

Uşaqlarda ƏMGƏK bəzən normal səthdən daha yuxarı qalxmış (dik) görünür. Normalda, körpələr ağladıqda, qusduqda və ya gərginləşdikdə, intrakranial təzyiqin artması səbəbindən əmgək şişə bilər. Ancaq körpə sakit olarkən, əmgək başın səthindən daha dikdirsə (qabarıqdırsa), bu, bəzi xəstəliklərin əlaməti ola bilər.

Uşaqlarda ƏMGƏK əgər şişmişsə (dikdirsə), onurğa-beyin mayesində yığılma (hidrosefali), infeksiya və ya qanaxma kimi xəstəliklərin şübhəsini aradan qaldırmaq üçün uşaq həkimi müayinəsi lazımdır.

Uşaqlarda əmgəyin döyünməsi normaldırmı?

Normalda, körpə dik vəziyyətdə olduqda, əl ilə müayinə zamanı əmgəkdə döyüntü hiss edilə bilər. Ağlayarkən əmgəyin hərəkət etməsi də normaldır. Bəzi körpələrdə əmgəyin sakit olduqları zaman belə daim hərəkətdə olduğu görülür. Bu, valideynləri qorxuda bilər. Ancaq əmgəyin döyünməsi, körpənin ürək döyüntüsünün yalnız görünən əksidir.

Uşaqlarda əməgəyə toxunmaq zərər verirmi?

Bir çox yeni valideynlər körpənin başındakı əmgəyin zədələnməsindən çox qorxurlar. Ancaq körpənin başına toxunmaq əmgəyə zərər vermir. Çox şiddətli olmadıqca, uşaqlarda əmgək toxunmaqla zədələnməyəcəkdir.

Xülasə!

Əslində, bir valideyn olaraq, körpənizin əmgəyi üçün xüsusi bir şey etmək lazım deyil. Sadəcə olaraq, uşaqlarda əmgək və körpənizin böyümə və inkişafı ilə bağlı baş verə biləcək dəyişikliklər haqqında kifayət qədər məlumatınız olmalıdır. Təbii ki, xəstəlik zamanı baş verə biləcək dəyişiklikləri bilmək də vacibdir.

Fikir bildir